Niderland millisinin sabiq oyunçusu Uesli Sneyderin oğlu Cessi ilk peşəkar müqaviləsini imzalayıb.
18 yaşlı yarımmüdafiəçi “Utrext”lə 3 illik müqavilə bağlayıb. Bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb. Cessi “Utrext” U-21 gənclər komandasında çıxış edəcək.
Atası Uesli sosial şəbəkə hesabında bunları paylaşıb: “Səninlə fəxr edirəm. Qətiyyətin və iradən mükafatlandırıldı. Hər şey yeni başlayır. Uğurlar, oğlum”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта