RU

Almaniya enerji xərclərini 42 milyard avro azaltmağı planlaşdırır

Finss.az - Almaniya hökuməti 2026–2029-cu illəri əhatə edən dövrdə istehlakçılar və bizneslər üçün enerji xərclərini 42 milyard avro (təxminən 48,7 milyard dollar) azaltmağı hədəfləyir.

Bu barədə “Reuters” agentliyi 2026-cı il üzrə federal büdcə layihəsinə istinadən məlumat yayıb.

Tədbirlərin maliyyələşdirilməsi Almaniyanın İqlim və Transformasiya Fondu vasitəsilə həyata keçiriləcək. Yalnız elektrik enerjisinin ötürülmə xərclərinə subsidiyalar üçün 26 milyard avro ayrılması nəzərdə tutulur.

Nazirlər Kabinetinin çərşənbə günü təsdiqləyəcəyi büdcə layihəsində əlavə olaraq enerji tutumlu sənaye şirkətlərinə 3 milyard avro həcmində birbaşa dəstək və şəbəkə haqlarının subsidiyalaşdırılması üçün 6,5 milyard avro vəsait nəzərdə tutulub.

Hökumət sənəddə bildirir ki, Avropa İttifaqının dövlət yardımı qaydalarına uyğun olaraq sənaye üçün xüsusi "elektrik enerjisi qiyməti"nin tətbiqi də nəzərdən keçirilir.

Избранный
42
24
fins.az

10Источники