AZ

Almaniya 2029-cu ilə qədər müdafiə büdcəsini 170 milyard avroya çatdırmağı planlaşdırır

Almaniya hökuməti 2029-cu ilə qədər müdafiə xərclərini 170 milyard avroya çatdırmağı planlaşdırır.

Operativ Media-nın məlumatına görə, bu haqda "Handelsblatt" qəzeti hökumətdəki mənbələrə istinadən xəbər verib.

Bu xərclər hökumətin 2029-cu ilə qədərki maliyyə planında nəzərdə tutulub və Almaniya Nazirlər Kabineti həmin planı çərşənbə günü nəzərdən keçirərək qəbul edəcək. Nəşrin mənbələrinə görə, müdafiə xərcləri hazırkı 75 milyard avrodan 170 milyard avroyadək artırılacaq. Bu məbləğin 120 milyard avrodan çoxunun dövlət kreditləri hesabına maliyyələşdirilməsi planlaşdırılır. Bu, NATO çərçivəsində ÜDM-in 3,5 %-nin müdafiə sahəsinə yönəldilməsi ilə bağlı razılaşdırılmış hədəfə uyğun olacaq.

Eyni zamanda, nəşrin istinad etdiyi rəqəm Almaniyanın müdafiə naziri Boris Pistoriusun iyun ayında səsləndirdiyi rəqəmdən fərqlənir. Həmin vaxt nazir 2029-cu ilə qədər Berlinin müdafiə xərclərinin 152 milyard avroya çatacağını bildirmişdi. Nəşr proqnozlar arasındakı fərqin səbəbi ilə bağlı açıqlama vermir.

Digər tərəfdən, "Reuters" agentliyi də öz mənbələrinə istinadən xəbər verir ki, Almaniyanın müdafiə xərcləri 2025-ci ildə 95,1 milyard avro təşkil edəcək ki, bu da ÜDM-in 2,4 %-nə bərabər olacaq.

Seçilən
48
24
operativmedia.az

10Mənbələr