RU

Nazirliyin sektor müdiri yoxlama zamanı vəfat etdi

ain.az bildirir, Bakupost portalına istinadən.

İqtisadiyyat Nazirliyinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən qəfil vəfat edib.

Bakupost.az xəbər verir ki, həmin şəxs nazirliyin Əmlakın qiymətləndirilməsi və qiymətləndirmə fəaliyyətinə nəzarət sektorunun müdiri, 1961-ci il təvəllüdlü Hətəmov Ayaz Bəhmən oğludur.

Qeyd olunur ki, Göyçay rayonunda yoxlama zamanı qəfildən onun halı pisləşib. A.Hətəmov “kəskin koronar sindrom” (infarkt) diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!

Zaur,

BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
46
2
www.bakupost.az

3Источники