Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun yaydığı məlumata görə, Ukraynanın paytaxtında zərər görmüş yerlərdən biri Darnitski rayonundakı 25 mərtəbəli yaşayış binasıdır. Hücum nəticəsində binanın pəncərələri dağılıb, girişlərdən birində 3-cü mərtəbədən 11-ci mərtəbəyə qədər olan eyvanların şüşələri sınıb. Binanın həyətinə və orada dayanan avtomobillərə də ziyan dəyib.
“Bugünə olan məlumata görə, təkcə Darnitski rayonunda bir pilotsuz təyyarənin hücumu nəticəsində 8 mülki şəxs xəsarət alıb, onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Yaralıların arasında üç yaşlı körpə qız da var”, - deyə Tkaçenko əlavə edib.
09:40
Rusiya Hərbi Hava Qüvvələrinin (HHQ) Kiyevə gecə saatlarında hava hücumu nəticəsində 8 nəfər, o cümlədən bir uşaq yaralanıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Onların məlumatına görə, Rusiya bu gecə Ukraynaya "Shahed" tipli zərbə PUA-lar və raketlər buraxıb.
Kiyevdə hava hücumu zamanı çoxmərtəbəli yaşayış binasının pəncərələri zədələnib. Yaralananlar qəlpə yaraları alıblar.