AZ

Kiyevə dron hücumu olub, xəsarət alanlar var  

İyulun 27-dən 28-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə dron hücumu edilib.

AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbirinin verdiyi məlumata görə, Kiyevdə hava hücumundan müdafiə sistemi işə düşüb, partlayış səsləri eşidilib.

Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun yaydığı məlumata görə, Ukraynanın paytaxtında zərər görmüş yerlərdən biri Darnitski rayonundakı 25 mərtəbəli yaşayış binasıdır. Hücum nəticəsində binanın pəncərələri dağılıb, girişlərdən birində 3-cü mərtəbədən 11-ci mərtəbəyə qədər olan eyvanların şüşələri sınıb. Binanın həyətinə və orada dayanan avtomobillərə də ziyan dəyib.

“Bu günə olan məlumata görə, təkcə Darnitski rayonunda bir pilotsuz təyyarənin hücumu nəticəsində 8 mülki şəxs xəsarət alıb, onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Yaralıların arasında üç yaşlı körpə qız da var”, - deyə Tkaçenko əlavə edib.

Seçilən
10
1
azerbaijan-news.az

2Mənbələr