RU

Qızıl UCUZLAŞDI

2025-ci ilin ən çox izlənilən investisiya alətlərindən olan qram qızıl ötən həftə ortasında 4.471 TL (təxminən 303 AZN) ilə bütün zamanların rekordunu qırsa da, bu yüksəliş uzun sürməyib. Həftəsonuna doğru qiymət 4.335 TL-yə (təxminən 294 AZN) qədər enib və həftəni 4.352 TL (təxminən 295 AZN) səviyyəsində bağlayıb.

News24.az bu barədə CNN Türk-ə istinadən xəbər verir. 

Göz Danışmanlıq şirkətinin qurucusu Hikmət Baydar bu enişi qiymətləndirib. Onun sözlərinə görə, beynəlxalq bazarda ons qızıl 3.438 dollardan gələn mənfəət satışları ilə 3.325 dollara qədər geriləyib. Bu da qram qızılda təzyiq yaradıb.

Eyni zamanda Citi analistlərinin Türk lirəsinin güclənəcəyi ilə bağlı verdiyi proqnozlar fonunda dollar/TL məzənnəsi 40.95-dən 40.55-ə düşüb. Həm ons qiymətindəki azalma, həm də məzənnədəki geriləmə qram qızılı aşağı istiqamətdə təsirləndirib.

Baydar bildirir ki, qram qızılda 4.296 TL (təxminən 291 AZN) səviyyəsi kritikdir. Əgər bu səviyyənin altına enilsə, orta müddətli eniş siqnalları güclənə bilər və bu halda yeni hədəf 4.195-4.200 TL (təxminən 284-285 AZN) aralığı ola bilər.

Dirəniş nöqtəsi: 4.408 TL (təxminən 299 AZN)

Texniki analizə əsasən, 4.408 TL səviyyəsi güclü dirəniş olaraq önə çıxır. Bu səviyyəyə yaxınlaşdıqca satış təzyiqi arta bilər.

Xeyrənsə Piriyeva

Избранный
22
news24.az

1Источники