RU

"M çiçəyi" virusundan ilk ölüm

BAKI, 28 iyul. TELEQRAF

Qərbi Afrika ölkəsi Qanada "M çiçəyi" (mpox) xəstəliyindən ilk ölüm faktı qeydə alınıb.

Teleqraf xəbər verir ki, Qana hökuməti mayın 19-da bu il ilk dəfə dörd nəfərdə "Mpox" virusunun aşkar edildiyini açıqlayıb.

Qana Səhiyyə Xidməti (GHS) "Mpox"dan ilk ölüm faktını açıqlayıb. Bəyanatda həmçinin ölkədə 23 yeni "Mpox" faktının aşkar edildiyi vurğulanıb və bununla da may ayından bəri ümumi yoluxmaların sayı 257-yə çatıb.

Açıqlamada virusun yoluxmuş insanlarla yaxın fiziki təmas nəticəsində yayılmağa davam etdiyi, mümkün infeksiyanın qarşısını almaq üçün insanların yoluxmuş insanlarla yaxın təmasdan qaçınmalı və tez-tez əllərini yumalı olduğu bildirilib.

Qanada virusun yayılmasının qarşısını almaq üçün yüksək riskli qrupları hədəf alan peyvənd kampaniyası davam edir.

Избранный
31
1
teleqraf.com

3Источники