AZ

Qanada M çiçəyi virusundan ilk ölüm qeydə alınıb

ain.az bildirir, Xalqcebhesi portalına istinadən.

Qərbi Afrikada ölkələrindən biri olan Qananın Səhiyyə Xidməti (GHS) M çiçəyi xəstəliyindən ilk ölüm xəbərini verib.

Açıqlamada ölkədə 23 yeni M çiçəyi hadisəsi aşkar edildiyi və beləliklə may ayından bu yana ümumi yoluxma sayının 257-yə çatdığı bildirilib.

Açıqlamada virusun yoluxmuş insanlarla yaxın fiziki təmas nəticəsində yayılmağa davam etdiyi, mümkün infeksiyanın qarşısını almaq üçün insanların yoluxmuş insanlarla yaxın təmasdan qaçınmalı və tez-tez əllərini yumalı olduğu qeyd olunub.

Mayın 19-da Qana hökuməti bu il ilk dəfə dörd nəfərdə M çiçəyi virusunun aşkar edildiyini açıqlayıb.

Ölkədə virusun yayılmasının qarşısını almaq üçün yüksək riskli qrupları hədəf alan peyvənd kampaniyası davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
icma.az

3Mənbələr