RU

AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənməyib

AFFA-da növbəti dəyişiklik baş verir.

İdmanşbiz Futbolxeber.az-a istinadən xəbər verir ki, 2 ildir İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinə rəhbərlik edən Elnur Məmmədli postunu tərk edir.

AFFA rəhbərliyi iyulun 29-da müqaviləsi başa çatacaq Məmmədli ilə sözləşmənin müddətini artırmayıb.

O, 2 il əvvəl iyulun 30-da AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinə rəhbər təyin edilmişdi.

Artıq Elnur Məmmədlinin əvəzləyicisi də məlumdur. Bu, bir müddət əvvəl AFFA-ya gətirilən Murad Axundovdur. O, avqustun 1-dən fəaliyyətə başlayacaq.

Qeyd edək ki, vaxtı ilə “Keşlə”də (indiki “Şamaxı”) mətbuat katibi postunu tutan Axundov AFFA-ya baş katib Cahangir Fərəcullayevin istəyi ilə dəvət olunub.

İdman.biz

Избранный
65
idman.biz

1Источники