Şimali Atlantika Alyansı (NATO) Rusiyanın ərazi bütövlüyünü hərbi yolla pozmaq istəyir.
Publika.az xəbər verir ki, bunu "RİA Novosti"yə Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev deyib.
“Aydındır ki, Kalininqrad bölgəsinə qarşı təhdidlər NATO-ya üzv ölkələrin Rusiyanın suverenliyini və ərazi bütövlüyünü hərbi yolla pozmaq istəklərinin növbəti təsdiqidir”, - deyə o izah edib.
Patruşev həmçinin xəbərdarlıq edib ki, Kalininqrad vilayətinə istənilən hücuma Rusiyanın ixtiyarında olan bütün qüvvə və vasitələrdən istifadə etməklə dərhal cavab veriləcək.