AZ

Britaniyanın xarici işlər naziri: 18 rus casusunu ifşa etmişik

BAKI, 19 iyul. TELEQRAF

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib ki, ölkə “ərazisinə kiberhücumlara görə məsuliyyət daşıdığı” iddia edilən 18 rus casus və bölməsini ifşa edib.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

Fərdi sanksiyaların tətbiq olunduğunu elan edən D.Lemmi vurğulayıb ki, Rusiya son illər Britaniya mediasına, telekommunikasiya şirkətlərinə, siyasi və demokratik institutlara, enerji infrastrukturu obyektlərinə qəsdən hücum edir.

Onun sözlərinə görə, sabiq rusiyalı kəşfiyyatçısı Sergey Skripalın qızı Yuliyanın cihazına X-Agent casus proqramının quraşdırılmasında iki agent iştirak edib - bu, onun atası ilə birgə 2018-ci ildə Solsberidə "Noviçok" maddəsi ilə zəhərlənmədən beş il əvvəl baş verib. Skripallar sağ qalıb, lakin Don Stercess adlı qadın ölüb, sevgilisi zəhərli maddəni ətir şüşəsi ilə səhv salıb. X-Agentin rusiyayönlü "Fancy Bear" haker qrupu ilə əlaqəli olduğu güman edilir.

“Baş Kəşfiyyat İdarəsinin casusları Avropada sabitliyi pozmaq, Ukraynanın suverenliyinə xələl gətirmək və Britaniya vətəndaşlarının təhlükəsizliyini təhdid etmək üçün kampaniya aparırlar”, - deyə D.Lemmi bildirib. “Kremldə heç bir illüziya olmamalıdır: biz onların kölgədə nə etdiklərini görürük və biz buna dözməyəcəyik, ona görə də biz rus casuslarına qarşı sanksiyalar tətbiq edirik”, - deyə o, yekunlaşdırıb.

O əlavə edib: "Hibrid təhdidlər bizim qətiyyətimizi pozmayacaq. Böyük Britaniya və müttəfiqlərimizin Ukrayna və Avropa təhlükəsizliyinə dəstəyi dəyişməzdir". Şübhəlilərin adları ictimaiyyətə açıqlanıb. Sanksiyalara aktivlərin dondurulması və səyahət qadağaları daxildir. Britaniya hökumətinin Qərbi Afrikada səhiyyə ilə bağlı dezinformasiya yaymaqda ittiham etdiyi Afrika Təşəbbüsü də sanksiyaya məruz qalıb.

Seçilən
27
43
teleqraf.com

10Mənbələr