RU

Türkiyədə İraq Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar- iyun ayında Türkiyədə İraq kapitalı ilə 26 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İraq şirkətlərinin məcmu kapitalı 78 milyon 425 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 56 milyon 175 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - iyun ayında İraq şirkətlərinin əksəriyyəti İstanbulda (25) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən İraq şirkətlərinin ümumi kapitalı 55 milyon 175 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin yanvar - iyun ayında Türkiyədə İraq kapitalı ilə 20 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Избранный
33
4
turkic.world

10Источники