AZ

Türkiyədə Iran Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar- iyun ayında Türkiyədə Iran kapitalı ilə 109 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 78 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Iran şirkətlərinin məcmu kapitalı 173 milyon 660 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 228 milyon 10 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - iyun ayında Iran şirkətlərinin əksəriyyəti İstanbulda (100) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Iran şirkətlərinin ümumi kapitalı 157 milyon 110 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin yanvar - iyun ayında Türkiyədə Iran kapitalı ilə 52 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Seçilən
52
3
turkic.world

10Mənbələr