“Kəpəz”in yoxlama oyunları üçün daha bir rəqibi məlum olub.
Sportinfo.az xəbər verir ki, “sarı-göylər” "Şamaxı" ilə üz-üzə gələcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Matç iyulun 26-ı Qəbələdə keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Kəpəz” bundan öncə sınaq matçında “Qəbələ”yə 0:2 hesabı ilə məğlub olmuşdu.