AZ

“Mançester Yunayted”in təklifini dərhal rədd etdi

“Mançester Yunayted” Argentina millisinin və “Aston Villa”nın qapıçısı Emiliano Martinesi icarəyə götürmək üçün Premyer Liqa klubuna təklif göndərib.

Sportinfo.az “TyC Sports”-a istinadən xəbər verir ki, “Aston Villa” rəhbərliyi bu təklifi dərhal rədd edib, müqavilə şərtlərini belə, müzakirə etməyib.

“Aston Villa” 32 yaşlı qapıçının yalnız tam transferinə baxmağa hazırdır və onun üçün təxmini qiymət 47 milyon avro civarındadır. Hazırda icarə təklifləri nəzərə alınmır.

Seçilən
72
2
sportinfo.az

10Mənbələr