Goranboy rayonunun Yal Taxıl adlanan meşəlik ərazisinə ildırım düşməsi nəticəsində baş verən yanğın söndürülüb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, FHN əməkdaşları yanğının qarşısını alıblar.
***
Goranboy rayonunun Yal Taxıl adlanan meşəlik ərazisinə ildırım düşməsi nəticəsində yanğın baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə zamanı ərazidə quru ot və ağaclıq ərazi alovlanıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.