RU

Tramp Rusiyanı hədələsə də, bu addımı atmayacaq

ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı razılıq əldə olunmadığı təqdirdə Rusiya neftinin alıcılarına qarşı rüsumlar tətbiq edəcəyi ilə bağlı hədəsini yerinə yetirəcəyi inandırıcı görünmür.

Axar.az xəbər verir ki, bu barədə "Röyters" agentliyinə açıqlama verən ekspertlər ABŞ liderinin xəbərdarlığını şərh edərkən bildiriblər.

Vaşinqtonda yerləşən konsaltinq şirkəti "Rapidan Energy Group"un geosiyasi risklərin qiymətləndirilməsi şöbəsinin rəhbəri Fernando Ferreyra bildirib:

“Biz hesab edirik ki, ikinci dərəcəli rüsumlar ABŞ administrasiyası üçün çox kobud bir alət ola bilər".

O xəbərdarlıq edib ki, bu, əslində gündəlik 4,5 milyon barrel neftin dünya bazarından çıxarılması və ABŞ-ın Rusiya nefti alan digər ölkələrlə ticarət əlaqələrinin pozulması deməkdir. Ferreyra bu planın neftin qiymətində böyük sıçrayışlara və qlobal iqtisadiyyatın çökməsinə səbəb ola biləcəyini deyib.

Həmçinin qeyd olunur ki, Trampın bu təhdidləri əvvəlcə Venesuelaya qarşı da səsləndirilmişdi, lakin hələlik bu bəyanatlar yalnız kağız üzərində qalıb və Çinin Venesuela neftini almaqda davam etməsinə mane olmayıb.

Избранный
19
50
axar.az

10Источники