AZ

Tramp Putini ikinci dərəcəli sanksiyalar olmadan da əzə bilər

Tramp

ABŞ riskli “ikinci dərəcəli tariflər” olmadan Rusiyanın neft gəlirlərini vura bilər.

Reyting.az
xəbər verir ki, bunu “Reuters” agentliyinin xüsusi məsələlər üzrə şərhçisi Huqo Dikson yazıb.

Onun fikrincə, Tramp administrasiyasının Rusiya neftinin alıcılarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməkdənsə, Kremlə təzyiq göstərmək üçün daha effektiv alətləri var.

“ABŞ prezidenti Trampın Moskvanın hazırda ildə təxminən 160 milyard dollar olan gəlirlərini azaltmaq üçün ikinci dərəcəli tariflərə ehtiyacı yoxdur”,- şərhçi qeyd edib.

“Trampın Rusiya ilə ticarət edən ölkələrdən idxala 100 faiz rüsum tətbiq oluna biləcəyi ilə bağlı son açıqlamaları maliyyə bazarlarında şübhə yaradıb. Rusiyada rubl və səhmlər bahalaşıb, neftin qiyməti ucuzlaşıb”,- deyən Dikson qeyd edib ki, investorlar həqiqətən də Trampın ciddi olduğuna inansaydılar, bu, baş verənlərin əksidir.

Dikson radikal tədbirlər əvəzinə diplomatik strategiya təklif edir:

Hindistanı Rusiya neftini almağı dayandırmağa inandırmaq, Səudiyyə Ərəbistanını isə dünya qiymətlərində sıçrayışdan qaçmaq üçün hasilatı artırmağa təşviq etmək.

Diksonun fikrincə, Vaşinqtonun əlverişli təchizatın dəyişdirilməsi ilə bağlı Dehli və Ankara ilə danışıqlar aparmaq üçün kifayət qədər diplomatik arsenalı var.

Avropa İttifaqı artıq Rusiya neftinin alışının yuxarı həddini bir barel üçün 47,6 dollara endirib və ABŞ daha da irəli gedə bilər. Dikson hesab edir ki, Hindistan və Türkiyə alqı-satqısını dayandırmaq məcburiyyətində qalarsa, bir barel üçün hətta 40 dollar qiymət həddinə çata bilər.

O, həmçinin Rusiyanın “kölgə donanması” adlanan bütün gəmilərinə qarşı sərt sanksiyalar təklif edir ki, bu da qiymət məhdudiyyətlərinə riayət olunmasına nəzarəti gücləndirəcək.

“Putin cəsarətlidir, ona görə də büdcəsini tükəndirmək kifayət olmaya bilər. Amma əgər ABŞ həqiqətən də Ukraynaya silah tədarükünü artırarsa və Avropa Rusiyanın dondurulmuş 300 milyard dollarlıq aktivindən istifadə edərək buna qoşularsa, Kreml hədsiz təzyiq altında qala bilər”,- deyə siyasi şərhçi yekunlaşdırıb.

ELÇİN
Seçilən
26
9
reyting.az

10Mənbələr