RU

“Barselona” hücumçusunu satdı - 12 milyon avroya

“Barselona” Pau Viktoru “Braqa”ya satıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu transfer üçün Portuqaliya klubu katalonlara 12 milyon avro ödəyəcək.

23 yaşlı hücumçu 2024-cü ildən “Barselona”dan çıxış edirdi.

Избранный
94
49
sportinfo.az

10Источники