“Rəqibin adından asılı olmayaraq, hər oyuna eyni istəklə yanaşacağıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze deyib.
“Qırmızı-qaralar”ı I Liqanın çempionu edən gürcüstanlı mütəxəssis Premyer Liqada qarşısına hansı hədəf qoyulduğunu elan edib:
“Məqsəd “Qəbələ”nin Premyer Liqa səviyyəsində olduğunu göstərməkdir. Oyun üslubumuz dəyişməyəcək, bunu sizə söz verirəm.
Qol buraxmamaq barədə düşünmək, qapımız qarşısında “avtobus” qurmaq – buna getməyəcəyik.
Məşqi izlədiniz, komandadakı istəyi gördünüz. Matçlarda da bu cür olacağıq.
Bir neçə gün əvvəl klub prezidenti Fariz Nəcəfov soruşdu ki, Kaxa, hansı futbolu oynadacaqsan? Eyni cavabı verdim”.