RU

"Barselona"nın futbolçusu "Braqa"da - RƏSMİ

Pau Viktor “Barselona”dan “Braqa”ya transfer olunub.

Sportal.az xəbər verir ki, 23 yaşlı hücumçu Portuqaliya klubu ilə 2030-cu ilə qədər müqavilə imzalayıb. “Braqa” bu transfer üçün “Barselona”ya 12 milyon avro ödəyib. Müqavilədə həmçinin 3 milyon avroya qədər komanda və fərdi bonuslar da nəzərdə tutulub.

İspan futbolçunun müqaviləsində 50 milyon avro məbləğində transfer qiyməti göstərilib.

Yeni klubunda Pau Viktor 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2024/25 mövsümündə futbolçu bütün turnirlərdə 29 oyunda 2 qol vurub.

saytlarin hazirlanmasi

Избранный
52
1
sportal.az

2Источники