RU

"Yuventus" türkiyəli futbolçusunu "Çelsi"yə satmaq istəmir

“Yuventus” yarımmüdafiəçi Kenan Yıldızın transferi ilə bağlı “Çelsi”nin təklifini rədd edib.

Sportal.az xəbər verir ki, “La Gazzetta dello Sport”un məlumatına görə, London klubu 20 yaşlı türkiyəli futbolçu üçün 65–68 milyon avro ödəməyə hazır idi. Lakin Turin təmsilçisi Yıldızı satmağı planlaşdırmır.

Kenan Yıldız 2022-ci ilin yayında “Bavariya”dan azad agent kimi “Yuventus”a keçmişdi. Hazırda onun klubla müqaviləsi iyun 2029-cu ilədək qüvvədədir.

2024/25 mövsümündə Yıldız bütün turnirlərdə 52 oyunda 12 qol vurub və 9 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Transfermarkt” portalı futbolçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

saytlarin hazirlanmasi

Избранный
44
1
sportal.az

2Источники