RU

Avropa İttifaqından Rusiya ilə bağlı QƏRAR

  Aİ Rusiyadan qaz idxalından imtinanı bir il irəli çəkməyi planlaşdırır.

Avropa Parlamenti Rusiyadan qaz idxalının tam dayandırılması müddətini 2028-ci ildən 2027-ci il yanvarın 1-nə çəkməyi nəzərdən keçirir.

Bu barədə Reuters agentliyi daxili sənədlərə istinadla məlumat yayıb.

Təklif Avropa Xalq Partiyasından olan deputat Inese Vaidere və “Yaşıllar” fraksiyasından Ville Niinistö tərəfindən irəli sürülüb.

Hərçənd, Aİ-yə üzv dövlətlərin hökumətləri bu təklifi dəstəkləməyə tələsmir, deputatlar həmin ideyanı digər məsələlər üzrə güzəşt qazanmaq üçün alət kimi istifadə edə bilərlər.

Vaidere eyni zamanda, qadağanı pozan şirkətlərin lisenziyalarının ləğvini də əhatə edən sanksiyalar tətbiq olunmasını təklif edir.

Niinistö isə 2027-ci ildən etibarən Rusiya neftinin idxalına tam qadağa qoyulmasında israrlıdır.

Avropa Parlamentində bu məsələ üzrə səsvermənin payızda keçirilməsi gözlənilir./globalinfo.az  

Избранный
30
referans.az

1Источники