İran Aİ-3 ölkələri ilə aparılan danışıqlarda öz ərazisində uranın zənginləşdirilməsini davam etdirmək niyyətini bəyan edib.
Doğru.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi məlumat verib. O bildirib: “Biz Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində hüquqlarımızı, o cümlədən uranın zənginləşdirilməsini müzakirə etdik ki, bu proses yalnız İranda həyata keçirilməlidir”.
Bundan əvvəl İran prezidenti Məsud Pezeşkian da bildirmişdi ki, ölkəsi beynəlxalq hüquq normalarına uyğun şəkildə uranı zənginləşdirməyə davam edəcək.
DOĞRU.AZ