RU

XXI əsrin ən yaxşı futbol klubları - ilk 10-luq

ESPN nəşri XXI əsrin ən yaxşı futbol klublarının reytinqini təqdim edib.

Sportal.az xəbər verir ki, reytinq aşağıdakı qaydada tərtib olunub:

1. Əvvəlcə komandaların Avropanın aparıcı liqalarındakı çıxışları – oyuna görə orta xal və qol fərqi (müvafiq olaraq 60% və 40% çəki ilə) əsas götürülüb.

2. Daha sonra bu göstəricilər hər liqanın son 25 mövsüm üzrə orta Elo reytinqinə əsasən düzəliş edilib – bu da çempionatların çətinlik dərəcəsini nəzərə almaq üçündür.

3. Komandalara əlavə xal da verilib – Çempionlar Liqasında: qalibiyyət,finala, yarımfinala, 1/4 finala və 1/8 finala çıxışa görə bonuslar tətbiq edilib.

Yekun reytinqdə daxili turnirlərdəki nəticələrin payı 70%, avrokuboklardakı (xüsusilə Çempionlar Liqası) uğurların payı 30% təşkil edir.

Nəticə olaraq ESPN-in XXI əsrin ən yaxşı komandaları reytinqi belə görünür:

1. "Bavariya" - 2012/13

2. "Barselona" - 2014/15

3. "Real" - 2011/12

4. "Barselona" - 2010/11

5. "Liverpul" - 2018/19

6. "Real" - 2015/16

7. "Bavariya" 2013/14

8. "Barselona" 2012/13

9. "Barselona" 2011/12

10. "Mançester Siti" 2017/18

saytlarin hazirlanmasi

Избранный
49
2
sportal.az

3Источники