RU

Saç tökülməsinə qarşı “super meyvə” AÇIQLANDI

Alimlər saç tökülməsinin qarşısını alan və saçların uzanmasını sürətləndirən təbii vasitəni açıqlayıb: avokado. Aparılan tədqiqatlara görə, avokado saç köklərini möhkəmləndirir, saçların qalınlaşmasına kömək edir və saç dərisini dərinləşdirərək qoruyur.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir.

Avokadonun tərkibində yüksək miqdarda E və B vitaminləri, omega-3 yağ turşuları, fol turşusu, C vitamini, kalium və mis kimi 20-dən çox vitamin və mineral mövcuddur. Bu zəngin tərkibi sayəsində avokado təkcə saç sağlamlığı üçün deyil, ümumi bədən sağlamlığı baxımından da olduqca faydalıdır.

Mütəxəssislər, avokadonun saç dərisini xarici təsirlərdən qoruduğunu və saç tökülməsinin azalmasında effektiv rol oynadığını bildirir.

Xeyrənsə Piriyeva

Избранный
23
news24.az

1Источники