RU

Zəngəzur dəhlizi açılarsa, Ermənistan Türkiyə sərhəd qapılarının açılması mövzusu gündəmə gələcək

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“İranın Kars-İğdır-Naxçıvan dəmiryolu mövzusunda narahatlığını aradan qaldırması üçün İranın bu yolları tamamlaması lazımdır. İranda Məsud Pezeşkianın prezident olması çox əhəmiyyətlidir. Çünki onun da Azərbaycana və Türkiyəyə marağı var. Nəticədə özü də türkdür. İranın da Təbriz, Naxçıvan üzərindən Culfa, Culfa-Naxçıvan-Ərzurum-Trabzon dəmir yolu bağlantısı kimi bağlantılar ortaya çıxa biləcək. Və yaxud Naxçıvan üzərindən yenə Culfa-Van, Culfa-Doğu Bayazıt kimi dəmir yolları qurula biləcək. Hətta gələcəkdə Ərzurumdan və ya Türkiyənin Kars-İğdır-Naxçıvan dəmir yolu vasitəsilə Culfa-Təbriz-Aşqabad və bəlkə Pakistana uzanacaq yeni layihələr ortaya çıxa bilər”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud açıqlamasında bildirib ki, Kars-İğdır-Naxçıvan layihəsini sadəcə Türkiyə ilə Naxçıvanı bağlayan bir layihə olaraq deyil, əslində dünyanın bir ölkəsinin iqtisadi siyasi, sosial, sülh və sabitliyinə, inkişafına təsir edəcək bir layihə olaraq dəyərləndirmək lazımdır.

Kərəm Qarabulud

“Zəngəzur dəhlizi açılarsa, Ermənistanla sərhəd qapılarının açılması dərhal gündəmə gələcək. Bu məsələ Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan arasındakı sosial-iqtisadi münasibətlərin inkişaf etməsinə təsir edəcək. Türkiyənin 2,4 milyard avroluq bir pay ayırması mənalıdır. Türkiyə uzun müddət bu bölgədə sosial-iqtisadi inkişafı və Azərbaycanla münasibətlərin inkişafını dəstəkləmək, dünya sülhünə təsir etmək üçündür. Türkiyə regionda yüksələn önəmli bir lider ölkələrdən biridir. Azərbaycan da Qafqazda eyni səviyyədədir. İki ölkənin “bir millət, iki dövlət” məntiqi iləyaratdığı layihələr və inkişaf etdirdikləri münasibətlər dünya ölkələrinə də təsir edəcək. Kars-İğdır-Naxçıvan dəmir yolunu da bu məqsədlərə xidmət edən təsirli bir yol layihəsi olaraq görmək lazımdır”-deyən Kərəm Qarabulud bildirib.

“İqtisadi ədəbiyyatda bir vəziyyət var ki, dəniz sahilində olan ölkələr əgər dəniz nəqliyyatını və dəniz ticarətini yaxşı bilirlərsə, onlar tez inkişaf edir. Əgər bu imkan yoxdursa, dəmir yolu ilə öz əlaqələrini quran ölkələr daha rahat inkişaf edə bilirlər. Kars-İğdır-Naxçıvan dəmir yolunu bu mənada həm Türkiyənin, həm Azərbaycanın dəmiryol şəbəkəsi layihələrinin inkişafında təməl layihə olaraq dəyərləndirmək olar”-deyə Kərəm Qarabulud qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
29
icma.az

1Источники