RU

Sterlinq karyerasını İtaliya nəhəngində davam etdirə bilər

İtaliya A Seriyasının nəhəng klubu “Napoli”, İngiltərənin “Çelsi” klubunun cinah hücumçusu Rahem Sterlinq ilə maraqlanır.

Fanat.Az xəbər verir ki, Bu barədə məlumatı "The Independent" nəşri yayıb.

Baş məşqçi Enzo Mareska Sterlinqi 2025/26 mövsümünün planlarına daxil etməyib. “Çelsi” rəhbərliyi isə oyunçu ilə yolları ayırmaq niyyətindədir. Klub, futbolçunu sərfəli şərtlərlə transfer etməyə hazır olduğunu bildirib.

Hazırda danışıqların ilkin mərhələdə olduğu vurğulanır. Tərəflər arasında rəsmi təklifin hələlik göndərilmədiyi, lakin “Napoli”nin yaxın günlərdə təklif irəli sürəcəyi gözlənilir.

Qeyd edək ki, İngiltərə mətbuatı iddia edir ki, “Çelsi” Sterlinq üçün 25–30 milyon funt sterlinq aralığında bir məbləğ tələb edə bilər.

Kamil Xudiyev

Избранный
18
fanat.az

1Источники