RU

Kürdəmirdə Bostan Festivalı baş tutdu - FOTOLAR

İyulun 25-də Kürdəmir Rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Bostan Festivalı baş tutub.

Tədbirdə bostançılıq və toxumçuluqla məşğul olan fermerlər, şirkətlər və elmi tədqiqat institutları iştirak ediblər.

Festival çərçivəsində məhsul sərgiləri, müsabiqələr və yerli mətbəx nümunələri təqdim olunub.

Tədbirdə rəsmi şəxslər festivalın aqro-turizmin inkişafına, yerli məhsulların tanıdılmasına və iqtisadi əlaqələrin genişlənməsinə töhfə verəcəyini vurğulayıblar.Sonda kəndirbaz, pəhləvanın çıxışı və konsert proqramı izləyicilərə təqdim olunub.

kürdəmirbostanfestival
Избранный
42
marja.az

1Источники