RU

Naxçıvanda mənzildə köməksiz qalan uşaq xilas edildi

BAKI, 25 iyul. TELEQRAF

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Naxçıvan şəhərində 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Teleqraf-a verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Məlumata görə, keçirilən xilasetmə tədbirləri nəticəsində mənzildə nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Избранный
20
2
teleqraf.com

3Источники