RU

Əhalinin banklarda 15 milyard manatdan çox əmanəti var

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 75%-i və ya 37 milyard 353.3 milyon manat. Depozit portfelinin 59.7%-i (22 milyard 292.6 milyon manat) hüquqi şəxslərin, 40.3%-i (15 milyard 60.7 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın "Statistik bülleten İyun 2025" sayında bildirilir. 

Qeyd edilib ki, fiziki şəxslərin (əhalinin) əmanətlərinin 67%-i (10 milyard 95.8 milyon manat) milli valyutada, 33%-i (4 milyard 964.9 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 62.5%-i (9 milyard 408 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyun ayında 2.3% və ya 209.6 milyon manat, tələbli əmanətləri isə 2.1% və ya 116.9 milyon manat artmışdır.

2025-ci ilin iyun ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1.9% (3 min 112 əmanətçi), ilin əvvəlindən isə 11.7% (17 min 654 əmanətçi) artmışdır.

Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 48.2 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76.5%-ni təşkil etmişdir.

Избранный
51
marja.az

1Источники