RU

“AzerGold” tərəfindən strateji layihələrə 803 milyon manat investisiya yönəldilib

Bugünədək “AzerGold” QSC tərəfindən strateji layihələrə 803 milyon manat investisiya yönəldilib.

Bunu Naxçıvan Geologiya-Mədənçilik Forumunun rəsmi açılış mərasimində çıxış edərkən QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

Onun sözlərinə görə, bu vəsaitin 75 faizi daxili imkanlar hesabına təmin edilib.

“AzerGold” qızıl layihələrinin icrası məqsədilə kapital qoyuluşunu öz hesabına həyata keçirir. Bu istiqamət üzrə dövlət büdcəsindən asılılıq tamamilə aradan qaldırılıb”, - Zakir İbrahimov qeyd edib.
QSC-nin İdarə Heyətinin sədri rəhbərlik etdiyi şirkətin hazırda ölkə üzrə geoloji kəşfiyyat proqramlarına dəstək verdiyini bildirib. Şirkət dövlət sifarişi əsasında Şərqi Zəngəzur, Gəncə-Daşkəsən iqtisadi rayonları və Naxçıvan Muxtar Respublikasında geoloji tədqiqatlar həyata keçirir.

“Tədqiqatlar nəticəsində sadaladığım ərazilərin perspektivləri müəyyən olunacaq. 2026-cı ildə tədqiqat sahələrinin ilkin qiymətləndirilməsi aparılaraq, kəşfiyyat proqramının yekunlaşdırılması nəzərdə tutulub. İşlərin nəticəsi olaraq ölkə ərazisinin Kiçik Qafqaz hissəsinin vahid hiperspektral xəritələnməsi tamamlanacaq. Toplanmış geoloji məlumatlar ölkənin dağ-mədən sahəsində malik olduğu bütün potensialı haqqında dəqiq təsəvvür yaradacaq. Bu, dövlətimizə perspektivli sahələrdə işə başlanılması ilə bağlı müvafiq qərarların verilməsinə imkan yaradacaq. Nəticədə, ölkə iqtisadiyyatının inkişafı naminə yeni dağ-mədən layihələrinə investorların və ya yaxud milli operator şirkəti qismində “AzerGold” QSC-nin cəlb edilməsinə zəmin yaradılacaq”, - Zakir İbrahimov əlavə edib.

Избранный
70
vergiler.az

1Источники