RU

"Sənin kimi təbliğatçılar dəmir barmaqlıqlar arxasına düşəcək" - Zaxarovaya CAVAB

"Düz edirsən, belə də davam et".

"Unikal" xəbər verir ki, bu sözləri tanınmış ukraynalı jurnalist Dmitri Qordon onun Qarabağa səfərini tənqid edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya cavabında bildirib.

Qordon Azərbaycanda keçirilən tədbirdə iştirakına görə M.Zaxarova tərəfindən "ekstremist" adlandırılmasına özünün "Telegram" kanalında cavab verib: "Əvvəla, düz edirsən ki, mənim müsahibəmi izləyirsən. Beləcə də davam et. İkincisi, sizin bütün qonşularınız, keçmiş müttəfiqləriniz Rusiyadan könüllü olaraq aralanırlar. Üçüncüsü də, sənin kimi, Solovyov, Skabeyeva və digərləri kimi təbliğatçılar minlərlə ukraynalının qətlinə görə tezliklə dəmir barmaqlıqlar arxasına düşəcəklər". 

"Mənim Azərbaycana səfərim və mediaforumda bu ölkənin Prezidentinin sualıma cavab olaraq ukraynalılara işğalla heç zaman barışmamağı, ədalətin olduğunu, heç zaman təslim olmamağı məsləhət görməsi İsə Rusiyanı bir həftədir ki, qasırğa kimi sovurur".

Избранный
43
unikal.az

1Источники