RU

“WhatsApp”da yeni funksiya sınaqdan keçirilir

“WhatsApp” istifadəçilərə xüsusi mesajlar üçün xatırlatmalar təyin etməyə imkan verəcək yeni funksiyanı sınaqdan keçirir.

Viral.az/” target=”_blank”>Viral.az xəbər verir ki, yenilik barədə “WABetaInfo”portalı məlumat verib.

Bu yenilik mesajları tez-tez oxuyan, cavab verməyi təxirə salan və yaxud onları yaddan çıxaran istifadəçilərin işini asanlaşdırmaq üçün nəzərdə tutulub.

Son Yazılar:

Məlumata görə, xatırlatma funksiyasını işə salmaq üçün mesajın üzərinə bir müddət basmaq lazım olacaq, bundan sonra menyuda “Mənə xatırlat” seçimi görünəcək.

İstifadəçilər əvvəlcədən təyin edilmiş vaxt intervallarından birini seçərək 2, 8 və ya 24 saatlıq xatırlatma intervalını tənzimləyə biləcəklər. Funksiya aktivləşəndən sonra mesajın kənarında kiçik zəng işarəsi görünəcək.

Избранный
28
12
viral.az

10Источники