“WhatsApp” istifadəçilərə xüsusi mesajlar üçün xatırlatmalar təyin etməyə imkan verəcək yeni funksiyanı sınaqdan keçirir.
Viral.az/” target=”_blank”>Viral.az xəbər verir ki, yenilik barədə “WABetaInfo”portalı məlumat verib.
Bu yenilik mesajları tez-tez oxuyan, cavab verməyi təxirə salan və yaxud onları yaddan çıxaran istifadəçilərin işini asanlaşdırmaq üçün nəzərdə tutulub.
Son Yazılar:
- “WhatsApp”da yeni funksiya sınaqdan keçirilir
- Suveydadan daha 200 nəfər təxliyə edildi
- Tokayev Türkiyəyə GEDİR
Məlumata görə, xatırlatma funksiyasını işə salmaq üçün mesajın üzərinə bir müddət basmaq lazım olacaq, bundan sonra menyuda “Mənə xatırlat” seçimi görünəcək.
İstifadəçilər əvvəlcədən təyin edilmiş vaxt intervallarından birini seçərək 2, 8 və ya 24 saatlıq xatırlatma intervalını tənzimləyə biləcəklər. Funksiya aktivləşəndən sonra mesajın kənarında kiçik zəng işarəsi görünəcək.