RU

“Mən qərara gəldim ki, Fransa Fələstin dövlətini tanıyacaq” – Makron


Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə baş verən humanitar böhranla bağlı bəyanatla çıxış edib.
Yeniavaz.com
xəbər verir ki, o, sosial şəbəkə platforması “X” vasitəsilə verdiyi açıqlamada Qəzza zolağında müharibənin dərhal dayandırılmasına və mülki əhaliyə təcili yardım göstərilməsinə çağırıb.
“İndi ən vacibi Qəzzada müharibəni dərhal dayandırmaq və mülki əhaliyə yardım göstərməkdir”, – deyə Makron bildirib.
Eyni zamanda Fransa rəhbəri qeyd edib ki, rəsmi Paris bu ilin sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasının sessiyası zamanı Fələstin dövlətini rəsmən tanıyacaq.
Избранный
57
2
yeniavaz.com

10Источники