İsrail Emmanuel Makronun Fransanın Fələstin dövlətini tanıması ilə bağlı qərarını qətiyyətlə pisləyir.
Xezerxeber.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu “X” hesabında belə yazıb.
"Biz prezident Makronun 7 oktyabr 2023-cü il qırğınının fonunda Təl-Əvivin yanında Fələstin dövlətini tanımaq qərarını qətiyyətlə pisləyirik. Belə bir addım terroru mükafatlandırır və Qəzzada baş verdiyi kimi, daha bir İran peykinin yaranmasına gətirib çıxaracaq", - o, yazıb.