Almaniya hökuməti hər il 40 minə qədər 18 yaşlı vətəndaşı könüllü hərbi xidmətə cəlb etmək üçün proqram hazırlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) Almaniya Müdafiə Nazirliyinin planına istinadla məlumat yayıb.
"2031-ci ilə qədər biz çevik şərtlər və rəqabətədavamlı əmək haqqı təklif etməklə hədəf göstəriciyə çatacağıq", - planda qeyd edilib.
Bundesver personalının sayının 2035-ci ilə qədər 182 mindən 260 minə çatdırılması planlaşdırılır. Ehtiyat kontingent 60 min nəfərdən 200 min nəfərə qədər artacaq.