Sarayevo, 25 iyul, AZƏRTAC
Bosniya və Herseqovinanın Prozor-Rama bələdiyyəsinin ərazisində böyük meşə yanğını baş verib.
AZƏRTAC xəbər verir ki, yanğının Kolivret, Podbor və Ploçe bölgələrində yaşayış məntəqələrinə doğru yayıldığı bildirilir.
Regionun Mülki Müdafiə Qərargahının sözçüsü Pero Pavloviç yanğının çox ciddi olduğunu, beynəlxalq yardım istənildiyini deyib.
Güclü külək yanğınla mübarizəni çətinləşdirir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo