AZ

Bosniya və Herseqovinada meşə yanğını başlayıb

Bosniya və Herseqovinanın Prozor-Rama bələdiyyəsinin ərazisində böyük meşə yanğını baş verib.

AZƏRTAC xəbər verir ki, yanğının Kolivret, Podbor və Ploçe bölgələrində yaşayış məntəqələrinə doğru yayıldığı bildirilir.

Regionun Mülki Müdafiə Qərargahının sözçüsü Pero Pavloviç yanğının çox ciddi olduğunu, beynəlxalq yardım istənildiyini deyib.

Güclü külək yanğınla mübarizəni çətinləşdirir.

Seçilən
69
1
yeniazerbaycan.com

2Mənbələr