RU

AZAL təyyarəsi rus generalın əmri ilə vurulubmuş

“Minval Politika” etibarlı mənbələrə istinadla 2024-cü il 25 dekabr tarixində AZAL-ın Bakı-Qroznı reysi ilə uçan mülki “Embraer 190” təyyarəsinin vurulması ilə bağlı yeni və sensasion təfərrüatlar yayıb.

Publika.az xəbər verir ki, araşdırma insidentin hərbi strukturlardakı ciddi rabitə pozuntuları, radar nasazlıqları və əmrlərin məsuliyyətsiz şəkildə verilməsi nəticəsində baş verdiyini ortaya qoyur.

Hadisənin xronologiyası:

03:26 – “Pilotsuz təhlükə” siqnalı elan olunur. Bu siqnal 12:00-dək qüvvədə qalır və Şimali Qafqaz Federal Dairəsindəki hərbi strukturlara ötürülür.

08:05 – “Xalça” siqnalı işə salınır. Bu siqnal havada olan bütün hava gəmilərinin (axtarış-xilasetmə və hərbi dronlar istisna olmaqla) dərhal enməsini və ya zonanı tərk etməsini tələb edir.

07:23 – 09:07 aralığında Embraer 190 təyyarəsi radar izləməsində olur. Lakin 08:09 – 08:13 arasında təyyarənin radar izlənməsi qəfil kəsilir.

08:12 – Kapitan Dmitri Paladiçuk pilotsuz uçuş aparatı olduğunu ehtimal etdiyi hava hədəfi barədə məlumat verir.

08:13 – General-mayor Aleksandr Tolopilo hədəfin məhv edilməsi əmri verir. İki 95Ya6 tipli raket buraxılır və mülki təyyarəyə tuş gəlir.

“Minval Politika”nın əldə etdiyi məlumatlara görə:

Radar və “Pantsir-S” zenit-raket kompleksində texniki nasazlıqlar olub;

Tolopilo hadisənin obyektiv nəzarət görüntülərini saxtalaşdırmağa cəhd edib, guya raketlərin öz-özünə məhv olduğunu bildirib;

Radar izləməsinin itməsi və təyyarənin “pilotsuz aparat” kimi səhv identifikasiya olunması ilə bağlı istintaq materialları gizlədilib;

Избранный
104
4
publika.az

4Источники