RU

Quru xəbər, yalan vəd, yoxsa həqiqət?

Çağdaş dövrümüzdə nəinki 5-10 il əvvəllə, hətta 1 il öncə ilə müqayisədə çox fərqli jurnalistika, maarifləndirmə qaydaları, xeyli dəyişmiş məlumatlandırma, kommunikasiya qurma tələbləri meydana çıxıb. Əlbəttə, ictimaiyyətlə işləyərkən informativ planda təməl prinsipləri daim dəyişməz olaraq qalacaq.

Ancaq müasir dövrdə maarifçi jurnalistlər, ictimaiyyətlə əlaqələrə məsul edilmiş şəxslər insanlara təkcə quru xəbər verib aradan çıxmamalıdır. Quru informasiyanı artıq sadə vətəndaşlar özləri Tik-tokdan, facebookdan daha operativ, amma kor-təbii verir. İndi jurnalistlər, sözçülər üçün vacib olanı – HƏQİQƏTLƏRİ maksimum sürətlə çatdırmaq, reallıqları ustalıqla izah etməyi bacarmaqdır.
Xüsusilə hansısa xaos, problem yarananda kommunikasiyaya cavabdehlər öz bacarıqsızlığını gizlətmək üçün vətəndaşı borclu çıxarmamalıdır! Əgər ictimaiyyətlə əlaqələrə məsul edilmiş şəxs ilkin quru xəbərlə kifayətlənib sosial şəbəkələrdə vətəndaşların suallarını cavabsız, izahsız qoyursa, sorğuları cavablandırmağa, səbəbləri izah etməyə potensialı, səbri, zəkası çatmırsa, bu, vətəndaşlara və hökumətə ən böyük pislikdir. Faktiki həmin qurumu hökumətin əsl müxalifəti saymaq lazımdır.

Cəmiyyəti müasir informasiya alətləri, sosial media vasitəsilə operativ və doğru məlumatlandırmaq bildiyimiz həqiqətlərdir.

Lakin bunu sadəcə deməklə, gileylənməklə iş bitmir, praktikada görməliyik.
İnsanları ən çox tədirgin edən, bəzən hökumətdən narazı salan başlıca amil kommunal, sosial xidmətlərlə bağlıdır.

Əlbəttə, xidmət sektorunda çatışmazlıqlar, yarıtmaz hallar, fors-major hadisələr həmişə olub və olacaq. Bunun toplu narazılıqlarla nəticələnməməsi üçün isə yeni qaydalarla işlənməlidir. Statistika xatirinə məlumatlandırma artıq keçərli deyil, bütün platformalarda ictimaiyyətlə saniyə-saniyə işlənməlidir. Dünya praktikası belədir.

Əgər qurum fəaliyyətinə aid məsələ, problemlə bağlı ictimaiyyətə başdansovdu xəbər verib bununla işini bitmiş sayacaqsa, çox arzuolunmaz vəziyyət yaranacaq. Məsələn, əhaliyə sadəcə elan ediləcəksə ki, sabah filan ərazidə, məsələn, 16-20 iyulda su, işıq, qaz, yol olmayacaq, 21-də veriləcək (açılacaq), amma heç 23 iyulda da olmayacaqsa, bu, açıq-aşkar yüz minlərlə insanı aldatmaq, ələ salmaqdır. Ciddi qurum belə davrana bilməz. Üstəlik, əhalinin haqlı harayına, sorğularına da əhəmiyyət verilməyəcəksə, “mənlik deyil” söyləniləcəksə, çağrı mərkəzləri adamlara "bilmirik", yaxud sərt reaksiyaları verəcəksə, sosial şəbəkələrdə heç bir suala cavab olmayacaqsa, rəsmi səhifələrdə insanları iqnor etməklə, saymamaqla işi bitmiş hesab edəcəklərsə, əsl problem elə bu olacaq. Hətta bu zaman nəinki ictimaiyyət, redaksiyalar, sosial problemlərdən yazan jurnalistlər özləri də o quruma qarşı çevriləcək, haqlı olaraq.

Həqiqətləri demək, operativ ola bilmək, izahatdan qaçmamaq insanlarla çox həssaslıqla işləmək niyə vacibata çevrilib?

Bir nümunə: Bir müddət əvvəl 20 yanvar ətrafında Kinostudiyanın bir anbarında partlayış-yanğın oldu. Xəbəri insanlar artıq sosial şəbəkələrdən tumuşdu, sadə vətəndaşlar Tik-tok-da canlı yayıb açmışdılar. Dərhal da missioner, təxribatçı qruplar hərəkətə keçmişdi: bir anda sosial şəbəkələrdə şayiə yayıldı ki, guya "Alov" zavodu partlayıb. Ardınca təxribatçı iddialar gəldi; həmin günlərdə İsrail-İran savaşı gedirdi, belə yalan dövriyyəyə buraxıldı ki, İran guya Bakıya raket atıb.
Bu zaman vacib olan həqiqəti çatdırmaq başlıca şərt oldu. Hadisədən hər kəs xəbər tutmuşdu, həqiqəti operativ çatdırmaq üçün isə DİN, MN, FHN, MSN hərəkətə keçdilər, operativ media ilə əlaqəli şəkildə həqiqət elan edildi, insanlardakı təlaşlanma dayandı. Həmin zaman kəsiyində Tiktokda, facebookda yalanların ayaq açdığı azı 20 səhifə ilə rastlaşdım, sadəcə küyə düşmüşdülər. Həqiqəti orada paylaşan kimi vəziyyət dəyişdi səhifədə...

Son dönəmlər sosial şəbəkələrdə operativ reaksiyalar verən qurumların müşahidəsini aparıram. Həm bu qurumların, həm sözçülərin özlərinin nüfuzu artır, həm ictimaiyyət rahatlaşır, aqressivləşmir. Çünki əhali görür ki, onu SAYIRLAR və sakitləşir. Məsələn, DİN-in sözçüsü Elşad Hacıyev gecə saat 2-də də yazılan həyəcanlı şərhə, xəbərə dərhal reaksiya verir, odur ki, bu quruma aid kütləvi aqressiya müşahidə olunmur, əsasən təşəkkürləri görürük. “Azərişıq” sözçüsü Pərvanə Kazımzadə də gecə saat 12-də sosial şəbəkədə şəxsən yazdığım bir problemə dərhal reaksiya verdi və aradan qaldırıldı. Əlbəttə, digər nümunələr də var.

Избранный
9
5
aznews.az

6Источники