RU

Azərbaycan cüdoçusu Yay Olimpiya Festivalında ermənistanlı rəqibinə ipponla qalib gəlib

Azərbaycan cüdoçusu Məhəmməd Ağakişiyev (73 kiloqram) XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına qələbə ilə başlayıb.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mübarizəyə 1/8 finaldan başlayan idmançı Ermənistanı təmsil edən Tiqran Saruxanyanla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn cüdoçumuz 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl Amin Mehdiyev (81 kiloqram) də 1/4 finala vəsiqə əldə edib.

Избранный
120
11
yeniazerbaycan.com

10Источники