Azərbaycan Kubokunun qalibi "Sabah" bu gün UEFA Konfrans Liqasında mübarizəyə qoşulub.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" Moldovada yerli "Petrokub"la qarşılaşıb.
Rəqibi bütün parametrlərdə üstələyən komandamız oyunun sonlarında 2 qol vuraraq inamlı qələbə qazanıb.
Cavab görüşü iyulun 31-də Masazırda olacaq.
Qeyd edək ki, "Sabah" UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın "Çelye" klubuna uduzaraq (2:3; 3:3) Konfrans Liqasına düşüb.
UEFA Konfrans Liqası, ikinci təsnifat mərhələsi
Birinci oyun
24 iyul
21:00. "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan) 0:2
Pavol Şafranko, 82; Kahim Parris, 90
Hakimlər: Qal Leiboviç, Omer Barbiro, Yossi Babayoff, Dekel Zino (hamısı İsrail)
"Zimbru" stadionu, Kişinyov
Heyətlər:
"Petrokub": 1. Silviu Smalenea, 90. İon Cardan (k), 21. Maksim Potirniçe, 24. Sedrik Nqa, 66. İon Bors, 11. Serjiu Platiça, 44. Cessi Cou, 39. Teodor Lunqu, 79. Viktor Boqasius, 13. Maksim Kojokaru, 23. Mihaay Lupan
Baş məşqçi: Şota Maxaradze
"Sabah": 92. Stas Pokaatilov, 3. Rəhman Daşdəmirov, 5. Stiv Solvet, 40. İqor Noqeyra, 80. Akkim Zedadka, 10. Anatoli Nuriyev, 22. Zinədin Uld Xaled, 13. İvan Lepenitsa, 70. Cesse Sekidika, 20. Coy-Lens Mikels, 18. Pavol Safranko (k)
Baş məşqçi: Valdas Dambrauskas