Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində bu il daha 89 uşağın müəssisələrdən ailələrinə qayıdışı təmin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, həssas qruplara aid uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması əsas fəaliyyət istiqamətlərindən biridir.
Agentliyin əməkdaşları tərəfindən bu məqsədlə həmin uşaqlar və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır.
Bu ilin ötən dövründə də 125 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınaraq, onların öz ailələrində saxlanılması təmin olunub.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта