Bu gün Azərbaycan çempionatının bürünc mükafatçısı "Araz-Naxçıvan" tarixində ilk dəfə avrokubok matçına çıxacaq.

Offsideplus.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın "Aris" klubu ilə qarşılaşacaq.

Cütün favoriti "Aris" sayılsa da, bir çoxları komandamızın doğma divarlar arasında layiqli mübarizə aparacağını gözləyir.

UEFA Konfrans Liqasının, ikinci təsnifat mərhələsi

Birinci oyun

20:00 "Araz-Naxçıvan" - "Aris" (Yunanıstan) 2:1 (İkinci hissə)

Qol: Felipe Santos, 75; Patrik Andrade, 78 - Loren Moron, 66.

Baş hakim: Andrey Kivulete (Rumıniya)

"Dalğa Arena" stadionu, Bakı

Heyətlər:

"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 4. İqor Ribeyro, 77. Bruno Aleksandre, 19. Bar Kohen, 6. Patrik Andrade, 29. Vanderson, 70. Çarlz Boli, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala

Baş məşqçi: Elmar Baxşıyev

"Aris": 33. Giorgos Atanasiadis, 37. Hamza Mendil, 4. Fabiano Leymann, 14. Yakub Brabek, 27. Noa Fadiqa, 8. Monçu, 97. Fredrik Yensen, 10. Uroş Raçiç, 99. Kleyton Diandi, 7. Karles Peres, 80. Loren Moron

Baş məşqçi: Marinos Uzunidis