RU

"Araz-Naxçıvan"dan cavab qolu - Yenilənir

style='margin-bottom:10px;'>

"Araz-Naxçıvan" bu gün avrokuboklarda mübarizəyə başlayıb.

QOL.az xəbər verir ki, Naxçıvan təmsilçisi Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Yunanıstan "Aris"i ilə qarşılaşır. "Dalğa Arena"da keçirilən görüş saat 20:00-da start götürüb. Matçı Rumıniyadan olan hakimlər briqadası idarə edir.

Bu komandalar arasında cavab görüşü isə iyulun 31-də Yunanıstanda oynanılacaq və Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Cütün qalibi 3-cü təsnifat mərhələsində "Omonia" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün üstünü ilə üz-üzə gələcək.

Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar

24 iyul

20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) - 1:1 (İkinci hissə)

Qollar: Loren Moron, 66 (0:1), Felipe Santos, 75 (1:1)

Hakimlər: Andrey Kivulete, Mirça Mihail Qriqoriu, Andrey Qabriel Konstantinesku, Radu Petresku (Rumıniya)

"Dalğa Arena"

Избранный
105
11
teleqraf.com

10Источники