RU

"Zəngəzur dəhlizi" Trump körpüsü adlanacaq?

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Yerevan "Zəngəzir dəhlizi"nin ABŞ şirkətinə 99 illiyinə icarə veriləcəyi və azı 1000 amerikalı əsgərin bölgədə yerləşəcəyi xəbərini təkzib edib.

Bu iddianı İspaniyanın Periodista Digital saytı səsləndirib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Sayt iddia edib ki, o, bununla bağlı Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan və Anlaşma Memorandumu" ilə tanış olub.

Bu memorandumda Zəngəzur dəhlizi "Trump körpüsü nəqliyyat dəhlizi" adlanır, sayt yazıb.

İddiaya görə, Ermənistan Sünik üzərində suverenliyini qoruyub saxlayacaq, amma Naxçıvanla Azərbaycanın qalan hissəsini birləşdirən koridora minimum 99 il ABŞ şirkəti nəzarət edəcək.

ABŞ-ın özəl hərbi şirkətinin azı 1000 hərbçisinin 42 km-lik dəhliz boyunca yerləşdirilməsi nəzərdə tutulur. Onlar təhlükəsizliyə nəzarət edəcəklər, - məqalədə iddia olunub.

Ermənistan hökuməti bu xəbəri "hibrid müharibənin və manipulyasiya təbliğatının növbəti təzahürü" kimi qiymətləndirib.

Hakimiyyətə yaxın media bunu "Kremlin təbliğatının bir hissəsi" kimi təsvir edib.

Kreml sözçüsü Dmitry Peskov Zəngəzur dəhlizinin amerika şirkətinə icarəyə verilməsi xəbəri ilə bağlı deyib ki, bu, Azərbaycan və Ermənistanın suveren işidir.

ABŞ təklif edib ki, Zəngəzur dəhlizi bu ölkənin şirkətinə icarəyə verilsin.

Ermənistanın Baş naziri Nikol Paşinyan belə bir icarəni məqbul saysa da, məhz bu təkliflə razılaşıb-razılaşmadığını açıqlamayıb.

Video açılmırsa, Youtube kanalımızda izləyin.

Избранный
106
bbc.com

1Источники