AZ

"Tramp marşrutu mənim üçün böyük şərəfdir" - ABŞ prezidenti

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Prezident Trump deyib ki, Azərbaycanın Naxçıvana çıxış əldə edəcəyi dəhlizlə bağlı razılıq əldə olunub. Bu yola Amerika şirkəti nəzarət edəcək.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Video açılmırsa, Youtube kanalımızda baxın.

"Bu Bəyanat çərçivəsində onlar çox önəmli bir şeyi — mənim üçün böyük bir şərəf olan, amma özüm istəmədiyim bir təşəbbüsü — "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nu təsdiqləyiblər. Bu, xüsusi bir tranzit sahəsidir ki, Azərbaycanın Naxçıvan bölgəsinə tam çıxış əldə etməsinə imkan verəcək, eyni zamanda Ermənistanın suverenliyinə tam hörmət saxlanılacaq", - o, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi görüşdə deyib.

Azərbaycan bu yolu indiyə kimi "Zəngəzur dəhlizi" adlandırıb.

Trump deyib ki, həmin marşruta Amerika şirkəti investisiya qoyacaq:

"Onlar bu iki ölkəyə daxil olmaq üçün çox maraqlıdırlar və bu işə çoxlu pul qoyacaqlar — bu isə iqtisadi baxımdan hər üç ölkə üçün faydalı olacaq".

Donald Tramp deyib ki, Ermənistan bu dəhlizi Amerika şirklətinə 99 illiyinə icarəyə verəcək və sonra bunu daha 99 il də uzatmağa söz verib.

Bakı "Tramp maşrturu" adlanacaq bu dəhlizdən Naxçıvana maneəsiz keçid tələb edir.

İndiyə kimi "Zəngəzur dəhlizin"ə nəzarətə Rusiya iddialı idi, amma Ermənistan buna qarşı çıxırdı.

Seçilən
45
26
bbc.com

10Mənbələr